">

Haqqımızda

Heydər Əliyev adına Beynəlxalq Hava Limanından və şəhər mərkəzindən avtomobillə cəmi 15 dəqiqəlik məsafədə, rahat yerləşimə malik zəngin Rich otel səmimi və diqqətcil hisslərlə qonaqları üçün rahatlıq və böyük avantaj yaradır.
Zövqlü mebellərlə döşənmiş otaqlar ödənişsiz sürətli internet, düz ekran LCD televizor, kondisioner və minibarla təchiz edilmişdir. Yorucu bir günün ardından qonaqlar otelin spa və sağlamlıq mərkəzindən, massajdan, həmçinin daxili hovuzdan istifadə edə bilərlər. Formada qalmaq üçün isə Rich otelin fitnes mərkəzi hər zaman qayğınıza qalmağa hazırdır.
Avropa və Azərbaycan mətbəxinə malik  “Zümrüd” və “Garden Bar”restoranları öz ləzzətli təamları ilə qonaqları heyran buraxacaq.
Gülərüz personalı və göstərdiyi müxtəlif xidmətlərlə (bilet və ya tur təşkili) Rich otel qonaqlamanızı mümkün olduğu qədər daha əsrarəngiz edəcək.